EN

Rusiyanın “An-2” təyyarəsi Yakutiyadakı meşədə sərt qəza enişi edib

Moskva, 19 may, AZƏRTAC

Göyərtəsində səkkiz nəfər olan “An-2” təyyarəsi Rusiyanın Yakutiya bölgəsindəki meşədə qəza enişi edib. Pilot çoxsaylı yanıq xəsarətləri alıb və təyyarə tamamilə yanıb.

AZƏRTAC xəbər verir ki, MIAN Hava Yollarına məxsus təyyarə hava yanğını patrul əməliyyatları aparmaq üçün Teplıy Klyuç kəndindən havaya qalxıb. Uçuşdan qısa müddət sonra, uçuşa təxminən dörd kilometr qalmış mühərrik sıradan çıxıb. Ekipaj təyyarənin istiqamətini dəyişib və uçuş aerodromuna qayıtmağa çalışıb, lakin sonradan dispetçerlə əlaqə kəsilib.

Sərt enişdən sonra təyyarə alovlanıb və tamamilə yanıb. Sərnişinlər təyyarəni tərk edərək Vostoçnaya Xandıqa çayının sahilinə çatmağı bacarıblar.

İlkin məlumatlara görə, kapitan çoxsaylı yanıq xəsarətləri alıb və ona yerində tibbi yardım göstərilib. Təyyarədəki sərnişinlər xəsarət almayıblar.

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Chosen
12
1
azertag.az

2Sources