EN

Aygün Əliyeva: Azərbaycan vətəndaş cəmiyyəti sahəsində mühüm beynəlxalq təşəbbüslərin və həmrəylik platformalarının mərkəzinə çevrilib

Bakı, 19 may, AZƏRTAC

Son illərdə Azərbaycan vətəndaş cəmiyyəti sahəsində mühüm beynəlxalq təşəbbüslərin və həmrəylik platformalarının mərkəzinə çevrilib.

AZƏRTAC xəbər verir ki, bu fikri Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “QHT Forumu: Qlobal tərəfdaşlıqlar və qərarqəbuletmə” adlı tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, 2025-ci ildə Bakıda Qlobal Cənub QHT Platformasının təsis konfransı keçirilib. Azərbaycan yalnız beynəlxalq tədbirlərə ev sahibliyi etmir, eyni zamanda, müxtəlif regionlardan vətəndaş cəmiyyəti nümayəndələrini dialoq, əməkdaşlıq və həmrəylik üçün bir araya gətirən mühüm beynəlxalq platformaya çevrilir.

Chosen
30
1
azertag.az

2Sources