EN

Pakistanlı nümayəndə: WUF13 çox yaxşı və peşəkar şəkildə təşkil olunub

Bakı, 19 may, AZƏRTAC

Azərbaycana bizə bu imkanı yaratdığı üçün təşəkkür edirəm. BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çox yaxşı və peşəkar şəkildə təşkil olunub. Burada hər şey qaydalı və rahatdır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında WUF13-də iştirak edən Pakistanın Pəncab Hökumətinin Şəhərsalma Bölməsinin təmsilçisi Anum Şahid deyib.

O bildirib ki, WUF13 ölkələrin bir-birinin təcrübəsini öyrənməsi üçün çox faydalıdır.

“Burada aztəminatlı insanlar üçün nəzərdə tutulmuş əlçatan mənzil layihəsini təqdim edirik. Bu proqram faizsizdir və insanların mənzil sahibi olmasına dəstək məqsədi daşıyır.

Azərbaycan hökumətinə, könüllülərə, media nümayəndələrinə və forumun təşkilində çalışan bütün əməkdaşlara təşəkkür edirəm”, - deyə o əlavə edib.

Müxbir: Vüsalə Səfərova

Operator: Mirrəsul Cəfərov

Chosen
4
2
azertag.az

3Sources