EN

Güzdəkdə 3 avtomobili təhlükəyə atan sürücü qəza törətdi REAL VİDEO

ain.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Abşeron rayonu, Güzdək yolunda baş vermiş yol-nəqliyyat hadisəsi kameraya düşüb.

Avtosfer.az-ın məlumatına görə, görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Kadrlardan görünür ki, “Opel” markalı avtomobilin sürücüsü öndə hərəkət edən nəqliyyat vasitələrini ötmək məqsədilə əks yola çıxıb. Bu zaman qarşıdan gələn nəqliyyat vasitəsi ilə təhlükəli vəziyyət yaranıb. Manevr edən sürücü idarəetməni itirərək yoldan çıxıb və dərəyə aşıb.

Eyni zamanda “Mercedes Atego” markalı yük maşını da toqquşmanın qarşısını almaq üçün son anda manevr edib və təhlükəli vəziyyətdən yayınmağa nail olub.

Qəza nəticəsində “Opel”ə maddi ziyan dəyib, xəsarət alan olmayıb.

Qeyd edək ki, yol hərəkəti qaydalarına əsasən, ötmə manevri yalnız qarşıdan gələn nəqliyyat vasitəsinin məsafəsi kifayət qədər uzaq olduqda, görünmə şəraiti aydın və yolun qarşı zolağının təhlükəsiz olduğu hallarda yerinə yetirilməlidir. Qarşıdan gələn nəqliyyat vasitəsinə yaxın məsafə olduqda və ya təhlükə ehtimalı yarandıqda ötmə qəti şəkildə qadağandır.

Nərmin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
51
2
avtosfer.az

3Sources