EN

Belçikada ara qarışdı: Çevriliş olacaq?

Cebheinfo saytına istinadən ain.az xəbər verir.

Belçikanın müəllim həmkarlar ittifaqları hökumətin hazırladığı qənaət tədbirlərinə və təhsil islahatlarına etiraz etmək məqsədilə 18-27 may tarixlərində tətilə başlamaq çağırışı edib.

"Cebheinfo.az" xəbər verir ki, Frankofon (fransız dilli) müəllimlərin həmkarlar ittifaqı "CSC Enseignement" tərəfindən edilən açıqlamada, MR və "Les Engagés" partiyalarının formalaşdırdığı federasiya hökumətinin təhsil sektoruna yönəlmiş siyasəti tənqid olunub.

“Təbaşir İnqilabı" adı verilən kampaniya çərçivəsində müəllimlərə məktəb ətraflarında, səkilərdə və ictimai yerlərdə islahat əleyhinə şüarlar yazmaq çağırışı edilən bəyanatda, hökumətin planlaşdırdığı islahatların təhsil sistemini zəiflədəcəyi, bərabərsizliyi artıracağı və müəllimlərin iş şəraitini pisləşdirəcəyi müdafiə edilib.

Açıqlamada təhsil sektorunun bütün işçilərinə 18-27 may tarixlərində tətilə çıxmaq və etiraz aksiyalarında iştirak etmək çağırışı ünvanlanıb.

Bu arada, paytaxt Brüssel və Valoniya bölgəsindəki bəzi məktəblər bu gündən etibarən tətilə başlayaraq təhsil prosesini dayandırıb.

Fransızdilli Valoniya-Brüssel Federasiyası (FWB) Parlamentinin mayın 27-də büdcə kəsirini azaltmağı hədəfləyən qənaət paketini səsverməyə çıxaracağı gözlənilir.

Paketdə lisey müəllimlərinin dərs saatlarının 10 faiz artırılması, ştatda olan müəllimlərin xəstəlik məzuniyyəti qaydalarının sərtləşdirilməsi və ali təhsildə təhsil haqqının artırılması kimi tənzimləmələr yer alır.

Həmkarlar ittifaqları isə müəllimlərə qarşı yönəlmiş tədbirlərin ləğv edilməsini tələb edir və təhsil sektorunun bütün işçilərini tətil və etiraz aksiyalarına qoşulmağa çağırır.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
17
1
cebheinfo.az

2Sources