EN

DİM-in qərarı müzakirə yaratdı - Ödəniş məsələsinə aydınlıq gətirilməlidir

"Dövlət İmtahan Mərkəzinin magistraturanın ikinci cəhdi üçün yaranan problemlə bağlı imtahanın yenidən keçirilməsi qərarı, əlbəttə ki, düzgün qərardır. Ancaq DİM bu məsələ ilə bağlı bir qədər daha geniş açıqlama da verməlidir".

Bu fikirləri Redaktor.az-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli səsləndirdi.

Həmsöhbətimizin sözlərinə görə, ictimaiyyət, maraqlı şəxslər və sosial media iştirakçıları bu məsələ ilə bağlı bir qədər məlumatsızdırlar:

"Bir qisim belə iddia edir ki, magistraturanın ikinci cəhdində imtahan verənlərin nəticələri qüvvədə qalır. Əgər yenidən imtahan vermək istəyirlərsə, o halda ödəniş etməlidirlər. Bir qisim müzakirələr isə başqa cürdür. Yəni belə deyirlər ki, DİM təklif edir: imtahanda iştirak edə bilməyən şəxslərdən ödəniş alınmayacaq, amma digər şəxslər iştirak etmək istəyirlərsə, onlardan ödəniş alınacaq. Yəni bu kimi məsələlərlə bağlı DİM geniş açıqlama verməlidir ki, aydınlıq gəlsin. Bu halın özü də müəyyən neqativlər yaradır. DİM ya geniş auditoriya üçün, ya da media üçün brifinq keçirərək mövqeyini aydın izah etsə, yaxşı olardı".

Aytəkin TOFİQQIZI

Chosen
6
1
redaktor.az

2Sources