EN

Rusiyanın sayəsində İrəvan Bakı münasibətləri normallaşır Overçuk

Unikal.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Rusiyanın səyləri sayəsində bu gün Ermənistanla Azərbaycan arasında normal münasibətlər formalaşır".

"Unikal" xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk TASS-a açıqlamasında deyib.

Overçuk qeyd edib ki, Rusiya Cənubi Qafqazda sülhün tərəfdarıdır: "Əslində, Rusiyanın səyləri əvvəlcə ona gətirib çıxardı ki, bu gün Ermənistan və Azərbaycan arasında normal münasibətlər qurulur. Bilirik ki, artıq nümayəndə heyətlərinin mübadiləsi aparılır, iki ölkə arasında ticarət əlaqələri başlayıb. Bu, tamamilə təbii bir prosesdir və bizi sevindirməyə bilməz.

Ermənistanın nəqliyyat blokadasının qismən qaldırılması baş verib. Bu gün Rusiya taxılı və Rusiya gübrələri dəmir yolu ilə Azərbaycan və Gürcüstan ərazisi vasitəsilə Ermənistana daxil olur. Rusiya da blokadanın qaldırılmasında iştirak edir. Bütün bunlar Ermənistanı gücləndirir. Lakin bununla yanaşı, görürük ki, Ermənistanda Avropa İttifaqı ilə yaxınlaşmanın tərəfdarı olan qüvvələr var. Keçən ilin aprel ayında orada qanun qəbul edilib. Həmin qanun birmənalı şəkildə Avropa İttifaqına qoşulmaq istəyini göstərir".

Ağarza Elçinoğlu

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
18
2
unikal.az

3Sources