EN

Musiqi dinləmək depressiya riskini artırır?


Musiqiyə çox vaxt ayıran yeniyetmələrdə depressiya riski daha yüksək ola bilər.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Archives of Pediatric and Adolescent Medicine” jurnalında dərc olunan araşdırmada qeyd edilib.
Araşdırma zamanı ümumilikdə 106 yeniyetmə iştirak edib. Onlardan 46-sına ağır depressiv pozğunluq diaqnozu qoyulub.
Tədqiqatçılar iki ay ərzində iştirakçıları izləyiblər və onlarla ümumilikdə 60 dəfə əlaqə saxlayıblar. Yeniyetmələrdən televiziya, musiqi, internet, video oyunları, jurnal, qəzet və kitablarla nə qədər vaxt keçirdiklərini bildirmələri istənilib.
Nəticələr göstərib ki, çox musiqi dinləyən yeniyetmələrdə depressiya riski daha az musiqi dinləyənlərlə müqayisədə 8,3 dəfə yüksək olub.
Daha çox kitab oxuyan gənclərdə isə depressiya riskinin daha aşağı olduğu müəyyən edilib.
Chosen
25
1
yeniavaz.com

2Sources