EN

Aleksdən həmin insidentə reaksiya: Topuriya qardaş kimi davrandı

İki çəki dərəcəsində keçmiş UFC çempionu Aleks Pereyra “UFC Freedom 250” turnirinin mətbuat konfransında Coş Hokit və İlya Topuriyanın iştirak etdiyi insidentə münasibət bildirib.

Publika.az xəbər verir ki, “MMA Junkie” Pereyranın sözlərini sitat gətirib:

“Siz hər şeyi gördünüz. Mən ingilis dilini bilmirəm və düşünürəm ki, İlya Topuriya bunu hiss etdi, gördü və məni qardaş kimi müdafiə etdi. O, Xokitin üzünə bir şüşə və ya nə olursa olsun atdı. Siz onun həddindən artıq irəli getdiyini gördünüz.

Hokitə gəldikdə, mən onun haqqında necə danışa bilərəm? Bəlkə də o, öz ailəsi ilə yola getməyən adamlardandır. Görürsünüz ki, o, necə davranır. Bəlkə də qardaşı ilə yola getmir və ya nəsə”.

Chosen
23
publika.az

1Sources