EN

Çay ilə dərman atmaq olar? - AÇIQLAMA

Vitamin qəbulunda tez-tez yol verilən səhv açıqlanıb.

Redaktor.az “Daily Mirror” nəşrinə istinadla xəbər verir ki, Böyük Britaniyanın Milli Səhiyyə Xidmətinin həkimi Amir Xan bildirib ki, vitaminləri çay və ya qəhvə ilə qəbul etmək onların orqanizm tərəfindən mənimsənilməsini azalda bilər.

Onun sözlərinə görə, vitaminləri qəbul edərkən ən düzgün seçim sadə sudur. Yalnız dəmir tərkibli əlavələr istisna təşkil edir. Bu cür vitaminləri portağal şirəsi ilə qəbul etmək tövsiyə olunur, çünki C vitamini dəmirin mənimsənilməsini artırır.

Ekspert qeyd edib ki, vitaminlərin qəbul vaxtı da böyük əhəmiyyət daşıyır. Belə ki, dəmir səhər acqarına qəbul edilməli, A, D, E və K vitaminləri, eləcə də omeqa-3 isə qida ilə birlikdə və ya yeməkdən sonra içilməlidir. Çünki bu vitaminlərin mənimsənilməsi üçün yağlara ehtiyac var.

Həkim əlavə edib ki, maqneziumun axşam saatlarında qəbul edilməsi daha məqsədəuyğundur. Bu maddə əzələlərin rahatlamasına kömək edir və yuxunu yaxşılaşdırır.

Bununla yanaşı, maqnezium və dəmirin eyni vaxtda qəbul olunması tövsiyə edilmir. Çünki bu halda hər iki maddənin təsiri zəifləyə bilər.

Mütəxəssis sonda vurğulayıb ki, vitamin əlavələri yalnız həkim məsləhəti ilə və ehtiyac olduğu halda qəbul edilməlidir.

NURİYYƏ

Chosen
14
2
redaktor.az

3Sources