Ukrayna Müdafiə Qüvvələrinin bölmələri Kstovoda (Rusiya Federasiyasının Nijeqorod vilayəti) Lukoil-Nijeqorodnefteorqsintez neft emalı zavoduna hücum edib.
Musavat.com xəbər verir ki, müəssisənin ərazisində yanğın qeydə alınıb. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından məlumat verilib.
"Lukoil-Nijeqorodnefteorqsintez" neft emalı zavodu Rusiya Federasiyasının ən böyük neft emalı müəssisələrindən biridir.
Məlumata görə, Rusiya Federasiyasının Yaroslavl vilayətinin Semibratovo qəsəbəsi ərazisindəki "Yaroslavl-3" neft nasos stansiyası da zərər görüb. Zərərin miqdarı dəqiqləşdirilir.
Musavat.com