EN

Dünya Şəhərlər Günü Çində keçiriləcək

Çin Birləşmiş Millətlər Təşkilatının 2030 Dayanıqlı İnkişaf Məqsədlərinin və Yeni Şəhər Gündəliyinin həyata keçirilməsinə böyük əhəmiyyət verir, şəhərlərin sosial, iqtisadi və ekoloji sahələrdə hərtərəfli və dayanıqlı inkişafını təşviq edir.

Publika.az xəbər verir ki, bunu Çin Mənzil və Şəhər-Kənd İnkişaf Nazirliyinin baş iqtisadçısı Vanq Şenqyun WUF13 çərçivəsində keçirilən “Xoşbəxt yaşayış və dayanıqlı şəhər gələcəyinin birgəqurulması” sessiyasında deyib.

Onun sözlərinə görə, Dünya Şəhərlər Günü Birləşmiş Millətlər Təşkilatının şəhərlərə həsr olunmuş ilk beynəlxalq günü kimi, BMT-nin 2030 Dayanıqlı İnkişaf Məqsədlərinin və Yeni Şəhər Gündəliyinin həyata keçirilməsi üçün mühüm platformaya çevrilmişdir:

“Bu ilin oktyabr ayında Dünya Şəhərlər Gününün qlobal əsas tədbiri Çinin Fuçjou şəhərində keçiriləcək. “Şəhər Yenilənməsi və Yaşanılabilən Şəhərlər” mövzusu altında keçiriləcək tədbir mənzil böhranının həllinə və hər kəs üçün adekvat mənzil imkanlarının təşviqinə fokuslanacaq.

Chosen
42
3
publika.az

4Sources