EN

Xəzərdən gələn ŞOK təhlükə – Güclü yağıntının səbəbləri açıqlandı

Son günlər Azərbaycanda hava şəraiti qeyri-sabit keçir. Bir sıra bölgələrdə və paytaxt Bakıda fasilələrlə müşahidə olunan güclü yağışlar, şimşək əhali arasında narahatlıq yaradıb. Yalnız mayda paytaxta düşən yağıntının miqdarı aylıq normadan 585 faiz çox olub. Paytaxt Bakıda və bölgələrdə yağıntının intensiv xarakter alması küçə və yollarda su yığılmasına, bəzi ərazilərdə isə subasmalara səbəb olub.

Bəs yağıntıların bu qədər artmasının səbəbi nədir? 

“Yeni Sabah” xəbər verir ki, mövzu ilə bağlı meteroloq Cavid Hüseynov Sfera.az-a açıqlama verib. pizza sifarişi

Onun sözlərinə görə, ölkə ərazisində müşahidə olunan intensiv yağıntıların və qeyri-sabit hava şəraitinin bir neçə əsas meteoroloji və iqlim səbəbi var:

“Yaz fəsli ilin keçid dövrü olduğu üçün müxtəlif temperatur göstəricilərinə malik hava kütlələrinin ölkə ərazisində tez-tez qarşılaşması, şimaldan gələn soyuq hava kütlələrinin cənubun isti hava kütlələri ilə toqquşması atmosfer cəbhələrinin yaranmasına, bu isə öz növbəsində intensiv yağışlara, şimşək çaxmasına və bəzi hallarda doluya səbəb olur. Müasir iqlim dəyişmələri fonunda atmosferin temperaturu yüksəldikcə, hava daha çox rütubət saxlama qabiliyyəti qazanır (hər 1 dərəcə artım rütubəti təxminən 7% artırır). Bu da, yağıntıların paylanmasını qeyri-müntəzəm edir və qısa müddətdə ekstremal yağıntıların düşmə ehtimalını artırır”.

Meteroloq şərq rayonlarında yağıntıların daha güclü olmasının səbəbini də qeyd edib:

“Buna səbəb çox vaxt Xəzər dənizi üzərindən gələn rütubətli hava kütlələrinin qurudakı soyuq cəbhə ilə birləşməsidir. Həmçinin, ölkəmizin oroqrafik quruluşu və dağlıq relyefi hava kütlələrinin hərəkətinə əhəmiyyətli təsir göstərməklə, xüsusilə də Böyük və Kiçik Qafqaz dağlarının ətəklərində yağıntıların intensivləşməsinə gətirib çıxarır”.


Telegram kanalımız
Chosen
53
yenisabah.az

1Sources