2025-ci il É™rzindÉ™ hakimlÉ™rin ümumi sayı 676 nÉ™fÉ™r (sÉ™dr, sÉ™dr müavinlÉ™ri, kollegiya sÉ™drlÉ™ri dÉ™ daxildir) təşkil edib ki, onlardan 482 nÉ™fÉ™rini kiÅŸilÉ™r, 194 nÉ™fÉ™rini isÉ™ qadınlar təşkil edir.Â
"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri  üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə məlumatında bildirilib.
Qeyd edilib ki, 2024-cü illə müqayisədə qadın hakimlərin sayı artaraq 164 nəfərdən 194 nəfərə çatıb. Hakimlər sırasına daxil olan məhkəmə sədrlərinin ümumi sayı109 nəfər olub, onların 103 nəfərini kişilər, 6 nəfərini isə qadınlar təşkil edir.
Eyni zamanda hakimlər sırasına daxil olan kollegiya sədrlərinin sayı 26 nəfər təşkil edib ki, onlardan 23 nəfərini kişilər, 3 nəfərini qadınlar təşkil edir. Məhkəmə instansiyalarında təmsil olunan hakimlərdən (sədr, sədr müavinləri də daxildir) 493 nəfəri birinci instansiya məhkəmələrində (ümumi və ixtisaslaşmış məhkəmələr) təmsil olunur.
Onlardan 326 nəfərini kişilər, 167 nəfərini isə qadınlar təşkil edir. Apellyasiya instansiya məhkəmələrində isə 147 nəfər hakim (sədr və sədr müavinləri də aiddir) təmsil olunur ki, onlardan 124 nəfərini kişilər, 23 nəfərini isə qadınlar təşkil edir.
Kassasiya instansiyası məhkəməsində isə 36 hakim (sədr, sədr müavinləri, kollegiya sədrləri də daxildir) təmsil olunur ki, onlardan 32 nəfərini kişilər, 4 nəfərini isə qadınlar təşkil edir.
Qeyd edək ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi bu siyahıya daxil deyil.
Anar Kəlbiyev
Â
Â