İranda təxribat hazırlığında olduğu iddia edilən şəxslər saxlanılıb.
"Cebheinfo.az" xəbər verir ki, İran dövlət televiziyasının məlumatına görə, ölkənin cənub-şərqində yerləşən Sistan və Bəlucistan əyalətində aksiya hazırlığında olduğu iddia edilən şəxslərə qarşı əməliyyat keçirilib.
Əməliyyat çərçivəsində 19 nəfər saxlanılıb. Saxlanılan şəxslərin “ABŞ və İsrail tərəfindən idarə olunduğu” iddia edilib.
Yaxalanan şəxslərin yaşayış yerlərində aparılan axtarışlar zamanı bir ədəd "Doçka" pulemyotu, 2 ədəd RPG-7 qumbaraatanı və sursatı, bir ədəd M4 avtomat tüfəngi, 5 ədəd Kalaşnikov avtomatı, 6 tapança, iki durbin və çoxlu sayda hərbi sursat aşkar edilərək götürülüb.
Saxlanılan şəxslərin radikal qruplaşmalarla əlaqəsi olan xarici ölkə vətəndaşları olduğu qeyd edilib.