EN

Sakadan unikal göstərici - İngiltərə futbolunda bunu yalnız bir futbolçu bacarmışdı

"Arsenal"ın yarımmüdafiəçisi Bukayo Saka İngiltərə Premyer Liqası tarixində 50 qol və 50 məhsuldar ötürmə edən ikinci ən gənc oyunçu olub.

Fanat.Az xəbər verir ki, məlumatı "Opta Sport" yayıb. 

Mənbənin hesablamasına görə, o, 37-ci tur çərçivəsində "Börnli" ilə baş tutan matçda (1:0) qol ötürməsi edərək bu nailiyyətə imza atıb. Saka bu uğura 24 yaş 255 günlüyündə nail olub.

Rekord isə "Mançester Yunayted"in əfsanəsi Ueyn Runiyə məxsusdur. İngilis hücumçu "50+50" həddinə 24 yaş 84 günlüyündə çatıb.

Bukayo Saka bu mövsüm bütün turnirlərdə 48 oyunda iştirak edib, 11 qol vurub və 9 məhsuldar ötürmə edib.

"Arsenal" hazırda 82 xalla Premyer Liqanın turnir cədvəlinə başçılıq edir. Londonlular "Mançester Siti"dən 5 xallıq fərqlə irəlidədirlər, lakin "şəhərlilər"in ehtiyatda bir oyunu var. Mövsümün başa çatmasına bir tur qalıb.

Mirağa

Chosen
4
1
fanat.az

2Sources