Olaylar.az xəbər verir ki, "Responsible Statecraft" nəşrinin yazdığına görə, əvvəldən şübhə ilə yanaşılan bu layihə getdikcə aktuallığını itirir. Razılaşmaya əsasən, dəhlizi Ermənistanda yerləşən birgə erməni-amerikan şirkəti idarə etməli olsa da, həmin şirkət yaradılmayıb, maliyyə, təhlükəsizlik və tranzit şərtləri reallaşmayıb. İrana qarşı müharibə fonunda isə bu proses daha da ləngiyir. Tehransa bu layihəni ABŞ-nin onun şimal sərhədlərində möhkəmlənməsi və Ermənistanla yeganə dostluq sərhədinin kəsilməsi cəhdi kimi görür. Ermənistan baş naziri Nikol Paşinyanın ölkənin qərbpərəst kursunun əsası hesab etdiyi və Avropa İttifaqının da dəstəklədiyi bu layihənin hərbi statusu olmasa da, regiondakı müharibə şəraiti İrəvanın Tehranla münasibətlərindəki strateji hesablamaları tamamilə dəyişib.