EN

Rusiya yaralı əsgərləri ÖLÜMƏ göndərir – İlginc FAKTLAR

Rusiyada ağır yaralanmış hərbçilərin müalicə başa çatmadan yenidən döyüş bölgəsinə göndərilməsi ilə bağlı qalmaqallı məlumatlar yayılıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, “Veter” layihəsinin araşdırmasına görə, 2022-ci ildən bəri Telegram kanallarında ən azı 319 belə hadisə aşkarlanıb.

Araşdırmada 218 halda yaralı hərbçilər artıq yenidən döyüş zonasına göndərildiyi, digər hallarda isə onların göndərilməsi ilə bağlı təhdidlər və hazırlıq prosesindən söhbət getdiyi bildirilir. Qeyd olunur ki, bu, yalnız minimum statistikadır və real rəqəmlər onlarla dəfə çox ola bilər.

Hərbi hüquqşünaslar belə praktikanın qanunsuz olduğunu desə də, 2022-ci ildən sonra Rusiya ordusunda hüquqların müdafiəsinin faktiki olaraq mümkünsüz hala gəldiyini etiraf edirlər.

Məqalədə 32 yaşlı rusiyalı hərbçi Daniil K.-nın hekayəsi xüsusi diqqət çəkir. Onun həyat yoldaşının sözlərinə görə, Daniil 2025-ci ilin yayında Pokrovsk yaxınlığında ağır yaralanıb. O həmin bölgədə çoxsaylı qəlpə yaraları alıb, sümükləri sınıb, fəqərələrində yerdəyişmə baş verib. Müalicədən sonra həkimlər onu müvəqqəti olaraq hərbi xidmətə yararsız hesab ediblər və ailə hərbi-tibbi komissiyanın qərarını gözləyirmiş.

Lakin bir müddət sonra hərbçilər Daniili xəstəxanadan aparıblar. Daha sonra o, naməlum nömrədən həyat yoldaşına zəng edib. Qadının dediyinə görə, danışıqdan yadında qalan yeganə söz “şturma” (“hücum” – red.) olub.

İki həftə sonra Daniil “itkin düşmüş” hesab edilib. Bir neçə ay sonra isə hərbi hissə onun böyük ehtimalla öldüyünü bildirib.

Musavat.com

Chosen
41
musavat.com

1Sources