EN

Mikayıl Cabbarov: “Yeni iş yerləri yaradılmalıdır”

Bakı şəhəri hər zaman ticarət yollarının mərkəzində olub. Azərbaycan artıq xüsusi yol qət edib. Ölkəmiz ən qəliz ərazi problemini həll edib. Bu da iqtisadi inkişaf üçün əlavə stimul yaradıb.

Musavat.com xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Nazirin sözlərinə görə, Azərbaycan üçün əsas ölçü vahidi vətəndaşların rifahıdır:

“Bakı və Sumqayıt inzibati mərkəzlərdir. İqtisadiyyatımız üçün ÜDM-də çox böyük paya sahibdir. Bakı konnektivlik baxımından Baş planda böyük rol oynayır. Yeni iş yerləri yaradılmalıdır, rifahı inkişaf etdirməliyik. Biz iqtisadi siyasətimiz üçün konkret istiqamətlər müəyyən etmişik”.

Nigar Həsənli
Musavat.com

Chosen
43
musavat.com

1Sources