Türkiyəli məşhur müğənni İrem Derici qatıldığı verilişdə uzun müddətdir yaşadığı ciddi sağlamlıq problemlərindən ilk dəfə danışıb.
Sonxeber.az türk mediasına istinadla xəbər verir ki, müğənni özünə xroniki yuxusuzluq xəstəliyi - "insomnia" diaqnozu qoyulduğunu açıqlayıb.
Derici bildirib ki, günün 24 saatı demək olar oyaq qalır və bu vəziyyət onun həm psixoloji, həm də fiziki durumuna mənfi təsir göstərir. O, aylardır müxtəlif həkimlərə müraciət etdiyini, fərqli diaqnozlarla qarşılaşdığını deyib.
Müğənni həmçinin 2017-ci ildən etibarən epilepsiya tutmaları keçirdiyini etiraf edib. Onun sözlərinə görə, repçi Sefo ilə duet üzərində işlədikləri vaxt studiyada ağır tutma keçirib.
"Yerdə köpüklər içində qalmışdım, amma ətrafımdakılar bunun zarafat olduğunu düşünüb mənə inanmadılar", - deyə Derici yaşadığı çətin anları xatırlayıb.
Sənətçi beynindəki neyroloji pozuntular səbəbindən artıq müntəzəm dərman müalicəsinə başlayacağını da bildirib.