EN

Elektron siqaretə görə tələbənin ağciyərləri sıradan çıxdı

ain.az, Avtosfer portalına istinadən məlumat yayır.

Rusiyanın Saratov vilayətində 19 yaşlı tələbə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Avtosfer.az xəbər verir ki, 175-95 təzyiqlə reanimasiyaya yerləşdirilən gəncin nəfəs ala bilmədiyi və qanında oksigenin minimuma endiyi müəyyən edilib.

Kompüter tomoqrafiyası isə ağciyərlərdə fibroz yarandığını, orqanın böyük hissəsinin fəaliyyətini dayandırdığını üzə çıxarıb. Həkimlər ağciyərlərin fəaliyyətini tam bərpa etməyin mümkün olmadığını bildiriblər.

Anamnez toplanması zamanı tələbə etiraf edib ki, 14 yaşından fasiləsiz olaraq elektron siqaret çəkir. Atası da oğlunun siqaret çəkdiyini bilsə də, elektron siqaretin zərərsiz olduğunu düşündüyü üçün qadağa qoymayıb. 

Müasir şəhərsalmada da ən az düşünülən toplum siqaret çəkənlərdir. Hər il ictimai binalarda, əhalinin sıx toplaşdığı yerlərdə siqaret məhdudiyyətləri artırılır, tütün istifadəçilərinin cərimələnməsi intensivləşir.

Vüqar

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
31
avtosfer.az

1Sources