
İsrail Silahlı Qüvvələri Suriyanın cənubunda yerləşən Əl-Quneytrə əyalətindəki əraziləri atəşə tutub.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Syria TV" telekanalı məlumat yayıb.
Məlumata görə, hadisə Əl-Quneytrənin şimal hissəsində, Trunca yaşayış məntəqəsinin ətrafında baş verib. Kənd təsərrüfatı təyinatlı sahələr atəşə tutulub və həmin ərazilərə bir neçə artilleriya mərmisi atılıb. Hadisənin fəsadları barədə məlumat verilmir.
Məryəm Quliyeva