EN

XİN rəhbəri: Azərbaycan Ermənistanla münaqişə səhifəsinin bağlanmasına səmimi marağını nümayiş etdirir

Bu gün şəhərlər artıq yalnız insanların yaşadığı və inkişaf etdiyi məkanlar deyil. Onlar getdikcə rəqəmsallaşma, iqlim fəaliyyəti və regional əməkdaşlığın kəsişdiyi strateji platformalara çevrilir.

AzNews.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində baş tutan “Əlaqələndirmənin mərkəzində şəhərlər: şəhər yenidənqurması və regional əməkdaşlıq" mövzusunda tədbirdə çıxışı zamanı deyib.

“Biz anlayırıq ki, şəhərlər qlobal emissiyalara mühüm töhfə versələr də, eyni zamanda innovasiya, dayanıqlılıq və iqlim böhranına qarşı həllərin əsas hərəkətverici qüvvələridir. Bu istiqamətdə Azərbaycan şəhərləri çoxtərəfli diplomatiyanın mərkəzinə daha güclü şəkildə gətirməyə çalışır. Şəhərlərlə bağlı təşəbbüslər həm də sülh və investisiya məsələləridir. Azərbaycan bu strateji inkişafda fəal mövqe tutur. Biz şəhərlərin regional inteqrasiya, dayanıqlı şəhər inkişafı və regionlararası strategiyalardakı rolunu yüksək qiymətləndiririk. Təcrübəmiz göstərir ki, innovasiya və inkişaf bir-biri ilə sıx bağlıdır. Müasir infrastruktur, sənaye inkişafı, əmək bazarı hərəkətliliyi, investisiya axınları, mənzil tələbatı və iqlimə uyğunlaşma bir sistem kimi qarşılıqlı əlaqədədir. Eyni zamanda, dayanıqlı və düzgün planlaşdırılmış şəhərlər uzunmüddətli inkişaf və sosial rifah üçün vacibdir”, - nazir bildirib.

Chosen
11
7
aznews.az

9Sources