EN

Səfir: Quru sərhəd seçkidən sonra açılacaq

Yenisabah portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Türkiyə ilə Ermənistan arasında sərhəd iyunun 7-də Ermənistanda keçiriləcək parlament seçkilərindən və konstitusiya dəyişikliklərindən sonra açılacaq.

"Yeni Sabah" Cümhuriyyet-ə istinadla xəbər verir ki, bunu Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədov bildirib.

Diplomat qeyd edib ki, Azərbaycan Türkiyə ilə daim əlaqədədir və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ilə paralel olaraq Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesi də davam edir. pizza

O əlavə edib ki, Ermənistanda keçiriləcək parlament seçkilərindən sonra konstitusiya dəyişiklikləri yolu ilə Ermənistan Konstitusiyasının Azərbaycana qarşı ərazi iddialarını aradan qaldıracağı gözlənilir.

R.Məmmədovun sözlərinə görə, Azərbaycanla Ermənistan arasında əvvəllər ABŞ-də razılaşdırılmış sülh müqaviləsi imzalanacaq. Azərbaycanlı diplomatın sözlərinə görə, bu proses başa çatdıqdan sonra Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan sərhədləri də açılacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
2
2
yenisabah.az

3Sources