525.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
"Qonşu ölkələrdə yanacaq, enerji və daşınma xərcləri artdıqda idxal məhsullarının maya dəyəri yüksəlir və nəticədə bu, Azərbaycandakı satış qiymətlərinə təsir göstərir".
Bunu 525.az-a iqtisadçı ekspert Akif Nəsirli bildirib. Ekspert qeyd edib ki, valyuta məzənnələrində dəyişikliklər də mühüm rol oynayır. Əgər region ölkələrinin milli valyutaları zəifləyərsə və ya iqtisadi qeyri-sabitlik yaranarsa, ticarət əlaqələrində əlavə risklər meydana çıxır. Bu vəziyyət həm idxalın qiymətinə, həm də bazardakı ümumi inflyasiya səviyyəsinə təsir edə bilər.
Sevinc Qarayeva
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.