Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən regional səviyyədə Afrika ölkələrinin nazirlər görüşü bütün dünya ictimaiyyəti üçün böyük əhəmiyyət daşıyır.
"Far.Az"un məlumatına görə, belə bəyanatla Afrika İttifaqının nümayəndəsi İsaka Qarba Abdu Bakıda nazirlərin iclasında çıxış edib.
"Afrika qitəsi WUF13-də, eləcə də BMT Baş Assambleyasının yeni şəhər gündəliyinə həsr olunmuş gələcək iclasında mənzil sahəsinin maliyyələşdirilməsi, şəhər ərazilərinin iqlim dayanıqlığı, torpaq resurslarının inklüziv idarə edilməsi və mərkəzsizləşdirmə məsələlərində vahid mövqedən çıxış etməlidir. Afrika özünü parçalanmış milli mövqelər toplusu kimi deyil, faktiki məlumatlara və birgə prioritetlərə əsaslanan vahid kontinental proqram olaraq təqdim etməlidir", - o vurğulayıb.