EN

Azərbaycanlı rejissor maşını bərk sürənləri təhqir etdi

Demokrat.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Azərbaycanlı rejissor, aktyor və bloqer Ramin Hacıyevin feysbuk paylaşımı birmənalı qarşılanmayıb.Demokrat.az xəbər verir ki, yol hərəkəti iştirakçıları arasında ən çox narazılıq yaradan məqamlardan biri də sürət həddinə əməl edən sürücülərə qarşı arxadan gələn digər maşınların vizual təzyiq göstərməsidir. Magistral yollarda müəyyən edilmiş sürətlə hərəkət edərkən bəzi sürücülərin işıq siqnalları vasitəsilə yol tələb etməsi sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub.Bu barədə Ramin Hacıyev sosial şəbəkə hesabında paylaşım edib. O, magistral yolda müəyyən edilmiş 90 kilometr-saat sürətlə hərəkət edərkən arxadan gələn sürücülərin ardıcıl şəkildə işıq siqnalı verməsindən narazılığını bildirib. Sürücü yol verəcəyini bildiyi halda bu cür tələsdirmə hallarına və süni gərginlik yaradılmasına sərt reaksiya göstərib.Bloqer 90-lıq yolda sürət həddini aşankarı təhqir edib, alçaldıcı ifadələrdən istifadə edib. Şərhlərdə isə onu "ağ yuyub, qara səriblər".

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
12
demokrat.az

1Sources