EN

Dünya Gözdən Əlillər Birliyinin Prezidenti: WUF13 də əlilliyi olan şəxslərin ehtiyacları nəzərə alınıb

Apa.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

WUF13-də əlilliyi olan şəxslərin ehtiyacları nəzərə alınıb.

Bunu APA-ya Dünya Gözdən Əlillər Birliyinin Prezidenti Santoş Kumar Runqta bildirib.

"Forum çox yaxşı təşkil olunub. Tədbir kifayət qədər əlçatandır və müxtəlif əlillik qruplarının ehtiyaclarının nəzərə alındığını düşünürəm”, - o qeyd edib.

Santoş Kumar Runqta bildirib ki, beynəlxalq forumdan əsas gözləntiləri hökumətlərin siyasi bəyannamələrdə inklüziv və əlçatan mühitin yaradılması ilə bağlı konkret öhdəliklər götürməsidir.

O qeyd edib ki, yaşayış mühiti, ictimai xidmətlər və nəqliyyat sistemləri cəmiyyətin bütün təbəqələri üçün əlçatan olmalıdır.

Santoş Kumar Runqtanın sözlərinə görə, bu yanaşma müxtəlif əlillik qrupları, yaşlı insanlar, qadınlar, uşaqlar, gənclər və aztəminatlı əhali qruplarının ehtiyaclarını nəzərə almalıdır: “İctimai xidmətlər, nəqliyyat sistemləri və ictimai obyektlər müxtəlif əlillik qrupları, yaşlı şəxslər, qadınlar, uşaqlar və digər həssas qrupların ehtiyaclarına uyğun şəkildə əlçatan olmalıdır”.

Santoş Kumar Runqta vurğulayıb ki, insanların ləyaqətli həyat sürməsi üçün münasib mənzil və gəlir əldə etmək imkanları mühüm əhəmiyyət daşıyır: “İnsanların ləyaqətini təmin edən və onlara dolanışıq üçün adekvat gəlir imkanları yaradan mənzilə çıxışı olmalıdır”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
14
1
apa.az

2Sources