EN

“Otağa niyə girdiyinizi unudursunuz?” – Səbəbi məlum olub


Alimlər insanların tez-tez yaşadığı müvəqqəti unutqanlığın səbəbini araşdırıblar. 
Yeniavaz.com xəbər verir ki, araşdırma “Nature” jurnalında dərc olunub.
Mütəxəssislər bildirirlər ki, bəzən bir otağa niyə girdiyini unutmaq, hansısa adı xatırlamamaq və ya dilinin ucunda olan sözü yada sala bilməmək normal hal ola bilər. Bu zaman yaddaş silinmir. Beyin sadəcə məlumatı qısa müddətə “bloklayır”.
Araşdırma meyvə milçəkləri üzərində aparılıb. Təcrübədə narahatlıq yaradan qoxulardan istifadə olunub. Daha sonra mavi işıq və hava axını kimi təsirlərin milçəklərin yaddaşını müvəqqəti zəiflədə bildiyi müşahidə edilib. Təsir güclü olduqda unutqanlıq daha uzun çəkib.
Alimlər müəyyən ediblər ki, bu proses beyində dopamin adlı maddə ilə bağlıdır. Xüsusi neyronlar yaddaşın qısa müddətə bloklanmasına səbəb olur. Amma bu, uzunmüddətli yaddaşı silmir və əsas xatirələrə zərər vermir.
Chosen
37
1
yeniavaz.com

2Sources