EN

Pekində ABŞ-nin maliyyə naziri ilə Çin mühafizəçiləri arasında insident yaşanıb – ÖZƏL

ABŞ-nin maliyyə naziri Skott Bessent Pekindəki Xalq Yığıncaqları Sarayında akkreditasiya beyci olmadığı üçün Çin təhlükəsizlik əməkdaşları tərəfindən saxlanılıb. 

Olaylar.az xəbər verir ki, "The Daily Beast" portalının məlumatına görə, hadisə ABŞ Prezidenti Donald Tramp ilə Çin Lideri Si Cinpinin danışıqlar apardığı zalın girişində baş verib. Tərəflər arasında təxminən yarım saat davam edən gərgin müzakirələrdən sonra nazirin köməkçiləri ona lazımi beyci çatdırıb və problem həll olunub. 

Qeyd edək ki, ABŞ liderinin mayın 13-dən 15-nə qədər davam edən Çin səfərində onu ölkənin 16 ən böyük şirkətinin rəhbərləri, o cümlədən İlon Mask, Tim Kuk və Censen Huanq kimi tanınmış iş adamları müşayiət edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
5
olaylar.az

1Sources