Ajans.az EFE agentliyinə istinadən xəbər verir ki, hadisə mayın 18-i axşam saatlarında El Ejido bələdiyyəsində qeydə alınıb. Yaralananlar arasında iki azyaşlı da var. Hadisə yerinə dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Məlumata əsasən, atıcının qurbanların bəziləri və ya hamısı ilə qohumluq əlaqələrinin olması ehtimal edilir. Reuters-in məlumatına görə, şübhəli şəxs saxlanılıb.
Hadisə ilə bağlı araşdırma aparılır.