EN

Tramp: İslam mərkəzinə hücum “dəhşətli vəziyyət”dir

ABŞ Prezidenti Donald Tramp San Dieqodakı İslam mərkəzinə edilən hücumu şərh edərkən hadisəni “dəhşətli vəziyyət” adlandırıb.

Məlumatı “Anadolu” yayıb. 

Ağ Evdə keçirilən tədbirdən sonra jurnalistlərin suallarını cavablandıran Tramp hadisə ilə bağlı artıq ilkin hesabatın ona verildiyini bildirib. “Mənə bu məsələ ilə bağlı məlumat verildi. Dəhşətli vəziyyətdir. İlkin məlumatlar artıq verilib, amma baş verənləri yenidən nəzərdən keçirəcək və hər şeyi çox diqqətlə araşdıracağıq”, - deyə o bildirib.

Bir qədər əvvəl iki naməlum silahlı şəxs Kaliforniyanın San Dieqo şəhərindəki İslam mərkəzinə atəş açıb. Polis hücum nəticəsində üç nəfərin öldüyünü bildirir. Atəş açmaqda şübhəli bilinən hər iki şəxs öldürülüb.

P.ƏMİRCANOV
XQ

 

Chosen
43
1
xalqqazeti.az

2Sources