EN

Oğul anasını traktorla vurub öldürdü

Ucarda oğul anasını traktorla vuraraq öldürüb. 

Ucnoqta.az xəbər verir ki, hadisə rayonun Alpı kənd ərazisində baş verib. 

Ucar şəhər sakini, 1989-cu il təvəllüdlü Gündüz Yaqub oğlu Faxrətov "Belarus" markalı traktoru arxaya verərkən anası, 1959-cu il təvəllüdlü Adilə Əkbər qızı Abbasovanı vurub. 

Ağır xəsarət alan A. Abbasova həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.///sfera

Chosen
45
15
ucnoqta.az

10Sources