EN

Təşkilat rəhbəri: Mənzil böhranının həlli üçün icma əsaslı və qeyri kommersiya mənzil modelləri dəstəklənməlidir

ain.az, Apa.az portalına istinadən məlumat yayır.

Mənzil böhranının həlli üçün icma əsaslı və qeyri-kommersiya mənzil modelləri dəstəklənməlidir.

“APA-Economics” xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Qlobal Mənzil Böhranı – Plan Nədir?” adlı paneldə Habitat International Coalition təşkilatının prezidenti Grace Chikumo-Mtonga deyib.

Onun sözlərinə görə, qlobal mənzil böhranını dərinləşdirən əsas problemlərdən biri icmaların öz təşəbbüsü ilə formalaşdırdığı yaşayış modellərinə və qeyri-kommersiya əsaslı mənzil həllərinə kifayət qədər dəstək verilməməsidir.

Grace Chikumo-Mtonga bildirib ki, yerli icmaların təcrübəsi, kollektiv mənzil təşəbbüsləri və yerli xalqların bilikləri çox vaxt nəzərə alınmır.

O qeyd edib ki, qadınlar, yaşlılar, əlilliyi olan şəxslər və aztəminatlı qruplar diskriminasiyaya daha çox məruz qalır və mənzil böhranından ən çox zərər çəkən təbəqələrdir.

Ekspertin sözlərinə görə, məcburi köçürülmələrin qarşısının alınması, insan hüquqlarının qorunması və zərərçəkənlər üçün kompensasiya mexanizmlərinin yaradılması mənzil siyasətinin vacib elementlərindən biri olmalıdır.

Grace Chikumo-Mtonga vurğulayıb ki, əlçatan mənzil siyasətində insan hüquqları yanaşması gücləndirilməli və icma əsaslı mənzil modelləri rəsmi şəkildə tanınmalıdır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
16
2
apa.az

3Sources