EN

Si Tsinpin Trampa: Putin Ukraynada başladığı müharibəyə görə peşman ola bilər...

FT: Pekində keçirilən görüşdə Ukrayna müharibəsi, beynəlxalq məhkəmələr və ABŞ–Çin–Rusiya münasibətləri müzakirə olunub...

ABŞ prezidenti Donald Tramp Pekinə səfəri zamanı Çin Sədri Si Tsinpinlə genişmiqyaslı danışıqlar aparıb və görüş zamanı Ukraynadakı müharibə məsələsi də gündəmə gətirilib.

Poliqon xəbər verir ki, bu barədə Financial Times nəşri mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Si Tsinpin Trampa bildirib ki, Rusiya prezidenti Vladimir Putin Ukraynada hərbi əməliyyata başlamaq qərarına görə sonda “peşman ola bilər”. Lakin görüşdə bu fikrin hansı kontekstdə səsləndirildiyi və digər detallar açıqlanmayıb.

Mənbələrin bildirdiyinə əsasən, Donald Tramp danışıqlar zamanı ABŞ, Çin və Rusiyanın Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) qarşı birgə mövqe sərgiləyə biləcəyini də irəli sürüb. O, bu istiqamətdə tərəflərin maraqlarının üst-üstə düşdüyünü qeyd edib.

Donald Trampın Çinə səfəri 13–15 may tarixlərində baş tutub. Səfər çərçivəsində tərəflər bir sıra ticarət razılaşmalarına, o cümlədən ABŞ-dan Boeing təyyarələrinin, kənd təsərrüfatı məhsullarının və digər malların alınmasına dair anlaşmalara imza atıblar.

Eyni zamanda, Rusiya prezidenti Vladimir Putinin 19–20 may tarixlərində Çinə səfər edəcəyi gözlənilir. Səfər zamanı iki ölkə arasında müxtəlif sahələri əhatə edən təxminən 40 əməkdaşlıq sənədinin imzalanması planlaşdırılır.

Poliqon.info

Chosen
26
poliqon.info

1Sources