EN

Bu günün futbol afişa: “Mançester Siti” üçün kritik gecə

ain.az, Idman.biz portalına istinadən məlumat verir.

Bu gün Avropanın yaşıl meydanlarında diqqətlər İngiltərə Premyerliqasına yönələcək.

İdman.Biz xəbər verir ki, turun oyunlarında həm çempionluq yarışı, həm də avrokuboklara vəsiqə mübarizəsi baxımından vacib nəticələr gözlənilir.

Qeyd edək ki, lider “Arsenal”dan (82) bir oyun az keçirən “Mançester Siti”nin 77 xalı var. Bu axşam qələbədən başqa istənilən nəticə sona bir tur qalmış “Arsenal”ın çempionluğu rəsmiləşdirəcək, əks halda, çempionluq yarışı sonuncu tura qalacaq.

49 xalla 10-cu pillədə olan “Çelsi” isə Konfrans Liqasına düşmək şansını itirməmək üçün vacib üç xalı qazanmalıdır. Eyni zamanda “Tottenhem” də yüksək liqada qalmaq mübarizəsi aparacaq.

Bu gün keçiriləcək oyunların siyahısını və Bakı vaxtı ilə başlama saatlarını təqdim edirik:

İngiltərə Premyerliqası

22:30 “Bornmut” - “Mançester Siti”

23:15 “Çelsi” - “Tottenhem”

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
37
icma.az

1Sources