EN

Tehran hava limanlarının fəaliyyət vaxtıUZADILDI

İran Mülki Aviasiya Təşkilatı Tehranın Mehrabad və İmam Xomeyni beynəlxalq hava limanlarının fəaliyyət müddətinin uzadıldığını açıqlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə təşkilatın sözçüsü yerli mediaya məlumat verib.

Bildirilib ki, aviasiya qurumu tərəfindən yayılan rəsmi bildirişə əsasən, hər iki hava limanı çərşənbə axşamı saat 04:30-dan 21:30-a qədər fəaliyyət göstərəcək.

Məlumata görə, qeyd olunan vaxt ərzində bütün daxili və beynəlxalq uçuşların həyata keçirilməsinə icazə verilib.

Qeyd edək ki, qərar sərnişin axınının tənzimlənməsi və uçuşların fasiləsiz təmin olunması məqsədilə qəbul edilib.

Aminə ŞAHSUVARQIZI

Chosen
36
1
redaktor.az

2Sources