EN

“Grand Agro İnvitro” şirkətinin CEO su: Dayanıqlı şəhərlər dayanıqlı kənd təsərrüfatı olmadan mövcud ola bilməz

ain.az bildirir, Apa.az saytına əsaslanaraq.

Artılq əsl problem sadəcə daha çox ərzaq istehsal etmək deyil. Əsl problem daha az su ilə, tullantı ilə, ətraf mühitə daha az təsirlə və daha yüksək səmərəliliklə daha çox ərzaq istehsal etməkdir.

APA xəbər verir ki, bunu “Grand Agro İnvitro” şirkətinin CEO-su Ramil Azməmmədov WUF13 çərçivəsində keçirilən “Yaşıl evlər, yaşıl balkonlar: İqlimə dayanıqlı şəhərsalmada hidroponik həll yolları” adlı konfransda deyib.

“Hər gün şəhərlər böyüyür, urbanizasiya artır, amma əsas sual budur: biz bu şəhərləri necə qida ilə təmin edəcəyik? Bu gün ən böyük yanlış təsəvvürlərdən biri kənd təsərrüfatının yalnız kənd mövzusu olmasıdır.

Şəhərlər sürətlə böyüməyə davam etdiyi halda, kənd təsərrüfatı iqlim qeyri-sabitliyi, su qıtlığı, işçi qüvvəsi çatışmazlığı və artan əməliyyat xərcləri kimi problemlərlə üzləşir. Məhz buna görə kənd təsərrüfatının modernləşdirilməsi şəhərlərin gələcəyi üçün strateji baxımdan kritik əhəmiyyət daşıyır.

Kənd təsərrüfatı artıq şəhər məsələsinə çevrilir. 2050-ci ilə dair bütün məlumatlarda gördük ki, dünya əhalisi sürətlə artır. 2050-ci ilə qədər şəhər əhalisi də əhəmiyyətli şəkildə artmağa davam edəcək.

Eyni zamanda ərzaq təhlükəsizliyi və ərzaq sistemləri iqlim təzyiqləri və resurs məhdudiyyətləri səbəbindən daha kövrək hala gəlir. Şəhərlər sabit ərzaq təchizatı zəncirlərindən, səmərəli su idarəçiliyindən və dayanıqlı kənd təsərrüfatı istehsalından asılıdır. Bu isə o deməkdir ki, dayanıqlı şəhərlər dayanıqlı kənd təsərrüfatı olmadan mövcud ola bilməz”, - Ramil Azməmmədov qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
24
1
apa.az

2Sources