EN

AZAL Naxçıvana reysləri bərpa etdi

Azərbaycan Hava Yolları (AZAL) əlverişsiz hava şəraiti səbəbindən müvəqqəti həyata keçirilməyən Bakı–Naxçıvan–Bakı marşrutu üzrə uçuşların icrasını yenidən bərpa edib. Hazırda qeyd olunan istiqamətdə reyslər planlaşdırılmış qrafikə uyğun yerinə yetirilir.

 

Bu barədə Pravda.az-a AZAL-dan məlumat verilib.

 

Bildirilib ki, AZAL bölgədə müşahidə olunan qeyri-sabit hava şəraitini daim nəzarətdə saxlayır və uçuşların təhlükəsiz icrasını təmin etmək məqsədilə zəruri əməliyyat qərarlarını qəbul edir.

Tarix: 19 May 2026, 10:02   
Chosen
11
22
pravda.az

10Sources