Ağ Evdə hərbi ssenariyə münasibət kəskin şəkildə dəyişib...
Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Tramp və onun komandası Amerikanın təzyiq tədbirlərinin, xüsusən adanın blokadası siyasətinin Kuba rəhbərliyini ciddi iqtisadi və siyasi islahatlar aparmağa məcbur etmədiyindən dərin məyusluq içindədir. Politico nəşrinin müxbiri Nahal Tusi adı açıqlanmayan amerikalı bir məmura istinadən yazır ki, məhz bu səbəbdən Ağ Evdə hərbi ssenarijə münasibət əvvəlkindən qat-qat ciddi şəkil alıb.
"Əhval-ruhiyyə, şübhəsiz ki, dəyişib. Kuba ilə bağlı ilkin ideya ondan ibarət idi ki, ölkənin rəhbərliyi zəifdir və sanksiyaların sərtləşdirilməsi, faktiki olaraq neft blokadası ABŞ-nin Venesuela və İrandakı açıq hərbi qələbələri ilə birləşməsi kubalıları qorxudacaq və onları razılığa gəlməyə vadar edəcək. İndi isə İranla bağlı vəziyyət əldən çıxıb, kubalıların isə əvvəlcə düşünüldüyündən çox daha möhkəm olduğu ortaya çıxıb. Buna görə də hərbi əməliyyatlar indi əvvəllər heç vaxt olmadığı qədər gündəmə gəlib", deyə jurnalist öz mənbəyinə istinadən yazıb.
Nəşrin məlumatına görə, nəzərdən keçirilən hərbi seçimlər rejimi güzəştə getməyə məcbur etmək məqsədilə həyata keçiriləcək tək aviazərbəsindən tutmuş onun tamamilə aradan qaldırılmasına yönəlmiş geniş miqyaslı qara qüvvələrin müdaxiləsinə qədər geniş bir spektri əhatə edir. ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı son bir neçə həftə ərzində "bir sıra planlaşdırma müşavirələri keçirib", başqa sözlə, mümkün hərbi əməliyyatların planlarını işləyib hazırlamağa başlayıb.
Poliqon.info