EN

İran geri addım atmaz - Pezeşkian

İran prezidenti Məsud Pezeşkian ölkəsinin öz hüquqlarından geri addım atmayacağını bəyan edib.

Redaktor.az xəbər verir ki, Pezeşkian sosial media hesabında paylaşdığı açıqlamada dialoqun təslimiyyət anlamına gəlmədiyini vurğulayaraq bildirib ki, İran İslam Respublikası danışıqlara güc və ləyaqətlə qoşulur və xalqın hüquqlarından heç bir halda geri çəkilməyəcək.

O qeyd edib ki, İran milli maraqlarını qətiyyətlə qorumaqda davam edəcək və lazım gələrsə, bu yolda bütün imkanlarını səfərbər edəcək.

Bu açıqlama ABŞ prezidenti Donald Trumpın İrana qarşı planlaşdırılan hərbi zərbələrin müvəqqəti təxirə salındığını bildirməsindən sonra səsləndirilib.

NURİYYƏ

Chosen
20
redaktor.az

1Sources