ABŞ prezidenti xəstəliyin digər ölkələrə keçməsi riskini vurğulayıb...
Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Afrikada Ebola qızdırmasının yayılması və xəstəliyin daha da genişlənməsi riski ilə bağlı narahatlığını ifadə edib.
"Mən Ebola ilə bağlı vəziyyətdən narahatam. Hazırda xəstəlik Afrikada qeydə alınır, lakin daha da yayıla bilər", deyə Tramp Vaşinqtonda jurnalistlərə açıqlamasında bildirib.
Bundan əvvəl məlum olmuşdu ki, ABŞ-də Uganda, Kongo Demokratik Respublikası və Cənubi Sudanda Ebola qızdırmasının baş verməsi ilə əlaqədar həmin ölkələrdə olmuş səyahətçilər üçün əlavə tədbirlər tətbiq edilir.
Poliqon.info