EN

"Bornmut" tarixinin ən böyük azarkeşi olacağam" - Arteta

"Arsenal"ın baş məşqçisi Mikel Arteta komandasının Premyer Liqa titulunu qazanmağa yaxın olduğu bir vaxtda "Bornmut"un ən sadiq azarkeşi olacağını deyib. 

Fanat.Az xəbər verir ki, "Bornmut" bu gün çempionluğa digər iddialı "Mançester Siti" ilə qarşılaşacaq. 

Pep Qvardiolanın komandası "Vitality Stadionu"nda qalib gəlsə,  kubok uğrunda mübarizədə intriqa son tura qalacaq. 

ESPN-ə danışan Arteta isə "şəhərlilər"in bu gün büdrəməsini arzulayır:

"Bornmut" tarixinin ən böyük azarkeşi olacağam. Düşünürəm ki, indi hamımız "Bornmut" azarkeşiyik, çünki bunun nə demək olduğunu bilirik.
Saçlarımın heç vaxt tökülməyəcəyini düşünürdüm, amma bu gərginlik onu sınayır. Televizorun qarşısında olacağam. Matçı ailəmlə izləməyi planlaşdırırdım, amma nə qədər davam gətirəcəyimi bilmirəm ".

"Mançester Siti" və "Bornmut" arasında görüşün necə başa çatmasından asılı olmayaraq, titulun taleyi əsasən londonluların öz əlindədir. "Arsenal" çempionatın son turunda "Kristal Palas"ı məğlub edərsə, klub 2004-cü ildən bəri ilk dəfə rəsmi olaraq Premyer Liqa çempionu olacaq.

Mirağa

Chosen
45
1
fanat.az

2Sources