futbolpress-az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Azərbaycan çempionatlarında 2025/26 mövsümündə yalnız iki komanda 100-dən çox qol vurub.
Futbolpress.az xəbər verir ki, II Liqanın birincisi “Xankəndi” və gümüş medalçısı “Qaradağ Lökbatan” bunu bacarıb.
Çempion 27 turda 105 qol vurub, 15-ni buraxıb. “Xankəndi” bu görüşlərdə bir dəfə heç-heçə edib, bir dəfə də uduzub. Komanda 76 xalla yarışı birinci bitirib.
İkinci pillənin sahibi “Qaradağ Lökbatan” isə 27 turda 116 qol vurub, 22-ni buraxıb. 27 turda iki dəfə uduzan və iki dəfə də heç-heçə edən Bakı klubu mövsümü 71 xalla tamamlayıb.
“Qaradağ Lökbatan” I Liqaya vəsiqə uğrunda pley-off oynayacaq.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.