"Barselona" almaniyalı baş məşqçisi Hans-Diter Flik ilə əməkdaşlığı davam etdirəcək.
Fanat.Az xəbər verir ki, Kataloniya nəhəngi onunla müqavilənin müddətinin uzadıldığını rəsmən açıqlayıb.
Yeni müqavilə 2028-ci ilin ortalarına qədər qüvvədə olacaq. Anlaşmaya "+1" bəndi də salınıb. Flik "Barselona" ilə yeni müqaviləsini bazar ertəsi günü klubun ofisində imzalayıb.
Hans-Diter Flik "Barselona"nın sükanı arxasında ikinci mövsümünü başa vurur. Bu müddət ərzində komanda İspaniya La Liqasında 6 kubokdan 5-ini, o cümlədən iki La Liqa titulunu qazanıb. Flikin rəhbərliyi altında "Blaugrana" Çempionlar Liqasının yarımfinalına (keçən mövsüm) və dörddəbir finala (bu mövsüm) yüksəlib.