EN

“Şamaxı”nın bombardirinə bir neçə ölkə klubundan maraq var

Qol.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Şamaxı”nın bombardirinə bir neçə ölkə klubundan maraq var

“Şamaxı”nın hücumçusu Kərim Rossi yayda komandadan ayrıla bilər.

QOL.az xəbər verir ki, bu barədə Qazaxıstanın amanvibe.kz saytı məlumat yayıb. Bildirilir ki, isveçrəli futbolçu ilə Qazaxıstan Premyer Liqasının iki klubu maraqlanır.

Mənbənin iddiasına görə, 32 yaşlı forvardın bu mövsüm göstərdiyi oyun diqqətdən yayınmayıb. Rossi “Şamaxı”nın heyətində Azərbaycan Premyer Liqasında 30 matçda 9 qol vurub.

Qeyd olunur ki, futbolçu ilə yalnız Qazaxıstan klubları deyil, həmçinin Rusiya Premyer Liqası, Səudiyyə Ərəbistanı və Azərbaycan təmsilçiləri də maraqlanır.

Qeyd edək ki, Kərim Rossinin “Şamaxı” ilə müqaviləsi yayda başa çatacaq. Bu səbəbdən hücumçu klubunu azad agent kimi dəyişə bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
12
3
qol.az

4Sources