EN

Kestutis Budris: NATO alyansın Kalininqrad bölgəsinə girmək qabiliyyətini ruslara göstərməlidir

Oxumeni.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Kestutis Budris: NATO alyansın Kalininqrad bölgəsinə girmək qabiliyyətini "ruslara göstərməlidir"

Litva Xarici İşlər Naziri Kestutis Budris hesab edir ki, NATO alyansın Kalininqrad bölgəsinə girmək qabiliyyətini "ruslara göstərməlidir". O, bunu İsveçrənin "Neue Zürcher Zeitung" (NZZ) qəzetinə verdiyi müsahibədə bildirib.

Nazir qeyd edib ki, "Ruslara Kalininqradda tikdikləri kiçik qalaya girə biləcəyimizi göstərməliyik. NATO-nun lazım gələrsə, Rusiyanın hava hücumundan müdafiə bazalarını və raket sistemlərini yerlə bir etmək üçün vasitələri var".

May ayında Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Artem Bulatov NATO-nun hərbi təlimlər zamanı Kalininqrad bölgəsini təcrid etmək üçün ssenarilər tətbiq etdiyini bildirib.

Bundan əvvəl, aprel ayında Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko Britaniyanın rəhbərlik etdiyi Birgə Ekspedisiya Qüvvələrinin (JEF) manevrləri zamanı Kalininqrad vilayətinin dəniz blokadası və ələ keçirilməsi ssenarilərinin tətbiq olunduğunu bildirmişdi.

Əziz MUSTAFA

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
6
3
oxumeni.az

5Sources