EN

Rusiya “Naftoqaz”ı ballistik raketlə VURDU

Rusiya qoşunları Ukraynanın “Naftoqaz” milli şirkətinin Dnepropetrovsk vilayətindəki obyektlərinə üç ballistik raketlə zərbə endirib.

Musavat.com xəbər verir ki, bu barədə şirkətin idarə heyətinin sədri məlumat yayıb.

Onun sözlərinə görə, raket zərbəsindən əvvəl gün ərzində və gecə boyu pilotsuz uçuş aparatları (PUA) vasitəsilə demək olar ki, fasiləsiz hücumlar reallaşdırılıb.

İlkin məlumatlara görə, zərbə nəticəsində obyektlərə ziyan dəyib və dağıntılar qeydə alınıb. “Dəymiş ziyanın miqyasını yalnız hava həyəcanı siqnalı başa çatdıqdan sonra qiymətləndirmək mümkün olacaq. Ən mühümü odur ki, hazırkı dəqiqəyə olan məlumata görə, hücuma məruz qalan obyektlərin heyəti arasında xəsarət alan yoxdur”, – deyə şirkət rəhbəri bildirib.

Hazırda hadisə yerlərində müvafiq profilli xidmətlər fəaliyyət göstərir.

Musavat.com

Chosen
47
musavat.com

1Sources