EN

Turan Tovuz azarkeşlərinə müraciət etdi Bildirmək istəyirik ki, stadionumuzu avrokubok oyunlarına hazırlamaq üçün...

Footbal-plus saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Ölkəmizi Konfrans Liqasında təmsil edəcək "Turan Tovuz" bir qədər əvvəl sosial şəbəkə hesabında azarkeşlərinə müraciət ünvanlayıb: "Avrokuboklara idman və infrastruktur baxımdan daha yaxşı hazırlaşması məqsədilə "Turan Tovuz" - "Sabah" oyunun məkanında dəyişiklik edilib.Tovuz şəhər stadionunda aparılan təmir-bərpa işlərininin ləngiməməsi üçün Peşəkar Futbol Liqasına müraciətimizə əsasən Misli Premyer Liqasının XXXIII turunun "Turan Tovuz" - "Sabah" oyunu Bank Respublika Arenada keçiriləcək.Dəyərli "Turan" ailəsi!Bildirmək istəyirik ki, stadionumuzu avrokubok oyunlarına hazırlamaq üçün işlər gücləndirilmiş iş rejimində həyata keçirilir. Məqsədimiz avrokubok oyununu doğma meydanda keçirməkdi".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
34
1
icma.az

2Sources