EN

Portuqaliyalı mütəxəssis Markus Reşfordun transferini nəzərdən keçirir

ain.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Məşhur baş məşqçi Joze Mourinyunun "Real Madrid"in sükanı arxasına keçəcəyi ilə bağlı iddialar transfer bazarında yeni bir bombanın partlamasına səbəb olub.

Fanat.Az xəbər verir ki, portuqaliyalı təcrübəli mütəxəssis Madrid klubunda fəaliyyətə başlayacağı təqdirdə, hücum xəttini "Mançester Yunayted"in ulduzu Markus Reşford ilə gücləndirməyi hədəfləyir.

"İndependent" nəşrinin yaydığı şok məlumatda bildirilir ki, İspaniyanın digər nəhəngi "Barselona"nın Reşfordun daimi transferi ilə bağlı tərəddüdlərindən istifadə edən Madrid təmsilçisi prosesi öz xeyrinə dəyişməyə çalışır.

İnsayderlərin fikrincə, Joze Mourinyo daha əvvəl Mançester klubunda birgə çalışdığı və çox yaxşı münasibətlərə sahib olduğu 28 yaşlı ingiltərəli hücumçu ilə yenidən bir araya gəlməkdə olduqca israrlıdır.

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
4
1
fanat.az

2Sources